Məktəbdə Xocalıya həsr olunan sərgi təşkil edildi

Məktəbimizin V-IX siniflərində təhsil alan istedadlı şagirdlərin rəsm işlərindən ibarət sərgi təşkil edildi. Xocalı soyqırımına həsr olunan rəsmlərdə şagirdlər faciəni, həmin dəhşətli gecəni öz yaradıcı təxəyyüllərinə əsasən təsvir etmişlər. Şagirdlərin yaratdıqları kompozisiyalar məzmun və kolorit baxımından yüksək qiymətləndirildi.