Məktəbin psixoloqu şagirdlərlə söhbətlər apardı
Məktəbin psixoloqu Tükəzban Bayramova 7 a sinif şagirdləri ilə temperament haqqında söhbətlər apardı. Hər temperament tipinin özəlliyini xüsusilə vurğuladı. O dedi ki, insanın davranışındakı fərqlər orqanizmdə bəzi mayelərin üstünlük təşkil etməsindən asılı olaraq, müəyyənləşir. Hər bir temperament tipinin həm pis, həm də yaxşı cəhətləri olduğunu xüsusilə qeyd etdi. Şagirdlərdə temperament tipini müəyyən etmək məqsədilə sonda test keçirdi.