Coğrafiya aylığı ilə əlaqədar tədbir

Coğrafiya aylığı ilə əlaqədar tədbir keçirildi. Məktəbin Coğrafiya müəllimləri Məmmədova İlhamə və Məmmədzadə Şəlalə tədbiri açıq elan edərək Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan" şeirini təqdim etdilər. Tədbirdə müxtəlif siniflər üzrə coğrafiya sevərlərdən ibarət şagirdlər və komandalar iştirak edirdi. Şagirdlər Odlar yurdu Azərbaycan haqqında qısa məlumat verdilər. Daha sonra Azərbaycanın inzibati rayonlarından , ölkəmizin coğrafi mövqeyindən, sərhədləri, iqtisadiyyatı haqqında məlumat verildi. Bundan əlavə materik və okeanlar, təbiətdə baş verən hadisə və proseslər haqqında maraqlı məlumatlar çatdırdılar. Şagirdlər vulkanın necə baş verməsini təcrübi olaraq müşahidə etdilər. Bu proses tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. VIII siniflərdən ibarət komandalar arasında yarışma keçirildi. Yarışma 3 mərhələdən ibarət idi. I mərhələdə şagirdlərin xəritə bilikləri yoxlanıldı. II mərhələdə verilən suallara cavab verildi. III mərhələdə isə dünya ölkələrini necə tanıdıqları yoxlanıldı. Yarışmada 3 mərhələnin nəticəsi olaraq 8b sinfi qalib hesab edilmişdir. Qalib komandamız tədbir iştirakçıları tərəfindən alqışlarlandı.