Tolerantlıqla bağlı dəyirmi masa

Məktəbin Coğrafiya müəllimi Məmmədova İlhamə 9b sinif şagirdləri ilə "Tolerantlıq"la bağlı dəyirmi masa keçirdi. Əvvəlcə müəllim bu barədə şagirdləri məlumatlandırdı sonra isə bu mövzuda müzakirələr oldu. Onlar qeyd etdilər ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Bu kənddə yaşayan əhali də fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Belə yerdə yaşayanlar üçün “başqaları” olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti yaranır. Bu ehtiyac tolerantlıqdır. Tolerantlıq həmçinin din və vicdan azadlığıdır. Bu mövzuda məktəbin təşkilati İşlər üzrə direktor müavini Günay Adnayeva da öz fikirlərini bildirdi.