Müəllimin uğuru

       Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanova Rəna Ziyafət qızı 11 ildir ki məktəbdə pedoqoji fəaliyyət göstərir. O fənnini şagirdlərə sevə- sevə tədris etməklə yanaşı sevdirməyi də bacarıb. Dəfələrlə şagirdləri Olimpiada və Ədəbiyyat biliciləri müsabiqələrində iştirak etmişdir. Məktəbi qızıl medalla bitirən İsmayıllı Orxan Zülfüqar oğlu Olimpiadanın Respublika mərhələsində III yerə layiq görülmüş məzunumuz müəllimin şagirdləri sırasındadır. Dərs dediyi şagirdləri respublikanın nüfuzlu ali məktəblərinin tələbələridir. Bu il məktəb üzrə olimpiadada Azərbaycan dili fənni üzrə iştirak edən 5 şagirdinin hamısı növbəti respublika mərhələsinə vəsiqə qazanmışdır. Müəllimi bu böyük uğuru münasibətilə təbrik edir, gələcək pedoqoji fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi