“20 Yanvar" faciəsinin 30-cu ildönümü ilə bağlı dərslər

       “20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbirlər planı”na uyğun olaraq yanvarın 17-də xüsusi dərslər keçirildi.Tarix müəllimi Rzayev Əhəd 8a sinfində bu faciə ilə əlaqədar şagirdlərə məlumatlar verdi. O qeyd etdi ki, xalqımız və şanlı dövlətimiz bu qanlı tarixi keçmişi unutmur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşaiyət edilib.Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi