"20 Yanvar Hüzn günü" ilə əlaqədar ədəbi-bədii kompozisiya
Məktəbimizdə "20 Yanvar Hüzn günü" ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə anıldı. Tədbirdə məktəb rəhbərliyi və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edirdi. VI-VIII sinif şagirdləri faciənin dəhşətlərindən bəhs edən şeir parçaları səsləndirərək, ədəbi- bədii kompozisiya nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Esmira Məmmədova çıxış edərək, şagirdlərə o qanlı yanvar günündən olan xatirələrini bölüşdü..