Məktəbdə "Orduya dəstək" aksiyası keçirilib
Məktəbdə VI-XI siniflər arasinda "Orduya dəstək" aksiyası kecirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şagirdlər ilk öncə məktəbin həyətində hərbi vətənpərvərlik mahnılarının sədaları altında yürüş etdilər. Tədbirdə məktəbin pedaqoji heyəti, şagirdlər və M.S.Ordubadi adına kütləvi kitabxananın nümayəndələri iştirak edirdi. Şagirdlər əllərində dövlət bayrağı və şüarlar yazılmış plakatlarla orduya və xalqa öz dəstəklərini nümayiş etdirdilər. Məktəbin direktoru çıxışında qeyd etdi ki, bu gün hər bir azərbaycanlı vətən uğrunda döyüşə, canından keçməyə hazır olmalıdır. Məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri də çıxış edərək bildirdi ki, çox sevindirici haldır ki, bu gün gənclər vətənə, orduya qarşı bu cür dəstək göstərir. Bu da onun göstəricisidir ki, Ali baş komandan nə zaman əmr verərsə torpaqlarımızı almaq üçün bütün gənclər hər zaman hazırdırlar. Aksiyadan sonra şagirdlər müəllimlərlə birgə qəsəbədə yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər.