Gənc rəssamlarımız məktəbdə YENİ İL ovqatı yaratdı

        Məktəbimizin V-IX siniflərində təhsil alan xüsusi istedadlı şagirdlərin  "Yeni il" mövzusunda rəsm işlərindən ibarət sərgisi təşkil olundu. Gənc rəssamlarımız "Yeni il" mövzusunda öz yaradıcı təxəyyüllərinə əsaslanaraq bir - birindən maraqlı və zəngin koloritli kompozisiyalar şəklində əks etdirdilər. Şagirdlər təsvirlərdə müxtəlif texnikalardan- akvarel, quaş, rəngli qələm və s. sərbəst istifadə etmişdir. Rəsm işləri məktəbin dəhlizində nümayiş olunur. İstedadlı şagirdlərimiz pəncərə ve qapılarda da mövzu üzrə müxtəlif təsvirlər əks etdirərək, məktəbdə əsl bayram ovqatı yaratmağa nail oldular. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz şagirdlərin bu mövzuda göstərdikləri xüsusi fəallığı, eləcə də yaratdıqları rəsm nümunələrini yaş səviyyələrinə uyğun olaraq yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi