Kiçik Akademiyanın Təsviri incəsənət fənni üzrə iclası keçirildi.
Məktəbimizin istedadlı şagirdləri bu dəfə də Kiçik Akademiyaya üzv olaraq yaratdıqları maraqlı kompozisiyaları təqdim etdilər. Kiçik Akademiyada 9b sinif şagirdləri- Cəfərli Məhəmməd, Məlikova Zeynəb, Yusifova Nigar, Aslanova Vüsalə, 8a sinif şagirdləri - Əsgərli Nicat, Kəlpiyeva Yaqut, 8c sinif şagirdi- Umudova Nazənin, 7a sinif şagirdləri - Həsənli Yeganə və Behbudova Suğra iştirak etdilər. Iclası Təsviri incəsənət müəllimi Pənahova Aybəniz açdı. İştirakçıların işlədikləri mövzu və janr müxtəlifliyi haqqında ümumi məlumat verdikdən sonra şagirdlər yaratdıqları təsvirləri təhlil etdilər.
Qış mənzərəsi mövzusunda əsərlər yaradan 6 nəfər şagird - M. Zeynəb, Y. Nigar, A. Vüsalə, U. Nazənin, Ə. Nicat, K. Yaqut öz əl işlərinin texnikasını, kompozisiya ve rəng həllini, təsvir üslubunu, perspektiv qanunauyğunluqlari və s. təhlil etdilər.
31 dekabr Həmrəylik Günü münasibətilə mövzu üzrə rəsm çəkən 3 şagird - B. Suğra, H. Yeganə və C. Məhəmməd isə seçdikləri mövzunun qarşıdan gələn bayramla əlaqədar olmasını vurğuladılar. Hər üç şagird özündə həmrəyliyi,dostluq ve birliyi əks etdirən maraqli kompozisiyalarını təhlil edərək ətrafli məlumat verdilər.
Şagirdlər təsvir etdikləri kompozisiyaları Təsviri incəsənət müəllimi Pənahova Aybənizlə birlikdə məsləhətləşmələr apardıqdan sonra əks etdirdiklərini söylədilər.
Şagirdlərin uğurlu rəsm işləri iclasda iştirak edən Kiçik Akademiyanın prezidenti, tarix müəllimi A. Aynur və məktəbin təşkilatçısı A. Günay müəllim tərəfindən çox bəyənildi. Müəllimlər iştirakçıları təbrik edərək, bundan sonrakı işlərində uğurlar arzuladılar.