Müəllimin STEAM təlimində iştirakı
Məktəbin fizika müəllimi Şabanova Aysel Bahadır qızı 18.11 -10.12. 2019- cu il tarixllərində İsrailin Tel- Əviv şəhərində STEAM layihəsi ilə bağlı təlimdə iştirak edib. Müəllim qeyd etdi ki, STEAM layihəsinin tətbiqi şagirdlərdə əməkdaşlıq, ünsiyyət, aktiv dinləmə bacarığını əl bacarığından istifadə edərək müxtəlif modellər hazırlamaq bacarığını formalaşdırır. Təlim zamanı iştirakçılar məktəblərdə ekskursiyalarda oldular və məktəblərdəki şagirdlərin layihələri ilə tanış oldular. Eyni zamanda təlim zamanı mikrobitlərin alqoritmləşdirilməsini, 3D printerlərdən istifadə etməklə modellərin qurulmasını, müxtəlif metodologiyalar, layihə əsasında öyrənmənin əsaslarını öyrəndilər. Müəllim bildirdi ki, bizim məktəbdə belə layihələrin tətbiq olunmasını istərdik.