Talassemiya haqqında söhbətlər
Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Günay Adnayeva və tibb bacısı Zinyət Mirzəyeva VIII-X sinif şagirdlərini Talassemiya xəstəliyi haqqında məlumatlandırdılar. Onlar məlumat verdilər ki Talassemiya irsi xəstəlik olub, uşaqlara gen vasitəsilə keçir. Bu xəstəlik Azərbaycanda geniş yayılıb. Hər il respublikada 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Talassemiya xəstəliyində genetika defekt nəticəsində hemoqlobin zəncirinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir.