Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir

        12 dekabr Azərbaycan xalqının ümummilli lideri Heydər  Əlirza oğlu Əliyevin vəfatının  16-cı ildönümüdür. Ulu öndərimizin xatirəsini əbədiləşdirmək məqsədilə məktəbimizdə tədbir keçirildi. Tədbir iştirakçıları ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan tarixi və mədəniyyətindəki müstəsna rolundan məlumat verdilər. Məktəbin xor kollektivinin ifasında "Xalq Heydər söyləyəcək" mahnısı səsləndi. Məktəb şagirdləri Qurbanova Samara, Rəhimova Leyla, Qurbanlı Fatimə, Rəhimov Əli, Abbasov Xəyal, Babayev Mövsüm  ulu öndərə həsr edilən seirlər səsləndirdilər. Tarix müəllimi Rzayev Əhədə söz verildi və o, ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Tədbirin sonunda məktəbimizin direktoru Esmira Məmmədova tədbir iştirakçılarına öz təşəkkürünü bildirirdi və tədbiri təqdirə layiq hesab etdi.  

https://youtu.be/gLfWGdbkUts

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi