Ümummilli lider Heydər Əliyevin 16-cı il dönümü yad edildi

12 dekabr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin vəfatının 16-cı ili tamam olur. Bu münasibət ilə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər qəsəbə ərazisində yerləşən Ulu Öndərimizin abidəsini ziyarət edib, tər çiçəklər düzdülər və onun xatirəsini böyük ehtiram və hörmətlə yad etdilər. Məktəbimizin direktoru Esmira Məmmədova abidə önündə çıxış edərək, Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.