Cavid Nurməmmədovun həlak olmasından 31 il ötür

11 dekabr məktəbimizin adını daşıyan Cavid Nurməmmədovun anım günü keçirildi. Cavid Nurməmmədov 11 dekabr 1988-ci ildə Ermənistanda zəlzələ qurbanlarına yardım apararkən bədxah qonşuların təxribatı İL-76 hərbi təyyarəsinin partladılması nəticəsində həlak olub. Hər il məktəb kollektivi onun xatirəsini əziz tutaraq Şəhidlər Xiyabanına Cavidin məzarına şagirdlərin ziyarətini təşkil edir. Məktəbin foyesində müəllimlər həmin günün hadisələri barədə məlumat verərək, onunla bağlı xatirələrini danışdılar.