V-VIII siniflərdə valideyn iclası keçirildi

Məktəbdə V-VIII siniflər üzrə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Esmira Məmmədova məktəbdəki təhsilin vəziyyəti, şagirdlərin dərsə davamiyyəti barədə söhbət apardı və valideynləri maraqlandıran sualları cavablandırdı. Həmçinin tez-tez dərsdən yayınan, tədris prosesini pozan şagirdlərin valideynlərinə də xəbərdarlıq etdi və həmin valideynlərə öz övladlarına qarşı daha diqqətli olmağı, onlar üzərində nəzarəti bir qədər də artırmağı tövsiyə etdi.