IX-XI siniflərdə valideyn iclası keçirildi
Məktəbdə IX-XI siniflər üzrə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Esmira Məmmədova çıxış edərək bildirdi ki, təhsilin keyfiyyətini yüksəltmək üçün şagirdlər arasında intizamsızlıq doğuran amilləri aradan qaldırmaq lazımdır. Bunun üçün məktəb-valideyn əlaqəsini gücləndirmək lazımdır. Bundan başqa şagirdlərin buraxılış imtahanlarına ciddi surətdə hazırlaşmasına valideynlərin cəlb edilməsi, valideynlərin məsuliyyət hissinin artması haqqında, peşəkar valideynlərdən övladları ilə aparılan söhbətlərin təcrübəsindən, şagirdlərin dərsə davamiyyəti barədə müzakirələr aparıldı.