Bəxtiyar Vahabzadə dünyası

Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən məktəb kitabxanasında tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Nübar Əliyeva çıxış edərək bildirik ki, müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləməsində mühüm rol oynayıb.

5 a sinif şagirdləri şeir kompozisiyası ilə çıxış ediblər.Daha sonra şagirdlər xalq şairinin həyat və yaradıçılığına həsr olunmuş vidioçarxı izləyib,sözlərinə bəstələnmiş “Azərbaycan “ mahnısını ifa ediblər.

Sonda Bəxtiyar Vahabzadənin tələbəsi olmuş dil- ədəbiyyat müəllimi Quliyeva Zabitə çıxış edərək qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan xalqının dövlət müstəqilliyini ən çox təbliğ edən şair və müəllim olub, tələbələrin, ümumilikdə xalqın sevimlisinə çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi