Xalq şairi Səməd Vurğunun xatirəsi yad edilib

27.05.2025-ci il tarixdə Azərbaycanın Xalq şairi, görkəmli söz ustası Səməd Vurğunun vəfatının 69-cu ildönümü ilə əlaqədar olaraq məktəbin VIII a sinfində UBTR Aytən Əzimova tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbirin açılışından sonra UBTR A.Əzimova görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra şair haqqında video-material nümayiş etdirilib. Tədbirdə Xalq şairinin "Vaqif" dramından bir parça şagirdlərə təqdim edilib. Ardınca şagirdlər söz ustasının ən məşhur şeiri olan "Azərbaycan" şeirini bədii qiraət ustası Nurəddin Mehdixanlının ifasında dinləyiblər. Tədbirdə həmçinin korifeylərin ifasında şairin şeirlərinə bəstələnmiş "Yadıma düşdü", "Oxu gözəl", "Azərbaycan", "Şuşa haqqında ballada", "Axar çaylar" və digər mahnılar səsləndirilib. Sonda şagirdlərə mütailə üçün şairin çoxcildlik kitabları təqdim edilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirmək, onlara Azərbaycan ədəbiyyatını və musiqisini daha yaxından tanıtdırmaq olmuşdur.