İnsan hüquqları aylığı

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur. 

Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirilir. Bununla əlaqədar olaraq məktəb kitanxanasında tədbir keçirilmişdir. Tədbirdə kitabxana müdiri Nübar Əliyeva cıxış edərək bildirib ki, bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir.

Tədbirin əsas məqsədi insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, insan hüquqlarına əməl olunmasının vacibliyini önə plana çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi