Son zəng tədbiri ilə bağlı iclas keçirilib

    26.05.2025-ci iı tarixində məktəbdə Xl sinif rəhbərlərinin və valideynlərin iclası keçirilib. İclasın gündəliyində duran məsələ MÜTDA tərəfindən göndərilmiş 08.05.2025-ci il tarixli, 00/TQC-01-100 nömrəli “Son zəng” tədbirinin təşkil edilməsi qaydaları haqqında” təlimati məktubla tanışlıq və 14.06.2025-ci il tarixində "Son zəng" tədbirinin hazırlıq səviyyəsi ilə bağlı məsələlər olub.

Məktəbin direktoru Kəmalə Məmmədova təlimati məktubla iclas iştirakçılarını tanış edib və yeni qaydalar haqqında ətraflı məlumat verib. Sinif rəhbərlərindən Rəna Salmanova , Nigar Mehdiyeva çıxış edərək şagirdlərin hazırladıqları rəqslərin milli musiqi üzərindən olduğunu bildiribər.Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Esmira Əliyeva tədbirin təşkilati məsələləri, təhlükəsizlik qaydaları, məzunların davranışına dair göstərişlər, valideynlərin rolu, tədbirin ssenarisi barədə danışaraq, milli-mənəvi dəyərlərin qorunduğunu, tədbirin rəsmi və bədii hissədən ibarət olduğunu qeyd edib, lazımi tövsiyələr verib .

  İclasın keçirilməsində məqsəd bu əlamətdar günün şagirdlərin yaddaşında təhlükəsiz və xoş xatirə oıaraq saxlamalarından ibarət olib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi