Rəsul Rza -115

Azərbaycan poeziya sənətinin görkəmli nümayəndəsi Rəsul Rzanın anadan olmasının 115 illiyi münasibətilə 7a sinfində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbiri açan UBTR A.Əzimova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra onun yubileyinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Ardınca şagirdlər bədii qiraətçi Əminə Yusifqızının ifasında şairin "Mən torpağam" şeirini dinləyiblər. Tədbirin davamında UBTR A.Əzimova şagirdlərə şair Fikrət Qocanın Rəsul Rza haqqında müsahibəsindən bir parça oxuyub. Daha sonra Azərbaycanın korifey sənətkarlarının ifasında şairin sözlərinə bəstələnmiş "Üzüyümün qaşı firuzədəndir", "Sənə də qalmaz", "Laylay", "Bakı", "Gəncəm" və s. mahnılar səsləndirilib. Sonda şagirdlərə mütaliə üçün görkəmli şairin çoxcildlik əsərləri təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirmək, onlara Azərbaycanın şair və yazıçılarını daha yaxından tanıtdırmaq olmuşdur.