Bəxtiyar Vahabzadə - 100

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə 6a sinfində tədbir keçirilib. Tədbirin açılışından sonra UBTR A.Əzimova görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verib, ardınca isə şagirdlərə söz ustadına həsr olunmuş video-çarxa baxış keçirilib. Tədbirin davamında 6a sinif şagirdləri - Duyğu Qəhrəmanlı və Nəzrin Qasımova Xalq şairinin sevilən şeirlərini söyləyiblər. Daha sonra Bəxtiyar Vahabzadənin müəllifi olduğu "Azərbaycan", "Azərbaycan-Türkiyə" və digər mahnılar səsləndirilib. Sonda şagirdlərə mütaliə üçün sevimli şairin kitabları təqdim edilib.