Məzunlara fərqlənmə attestatları təqdim olunub

21 iyun 2025-ci il tarixdə məzunlara tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatları təqdim edilib.
2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsini əla qiymətlərlə başa vuran və buraxılış imtahanlarında hər bir fənn üzrə 75 və daha çox bal toplayan 6 nəfər məzun fərqlənmə attestatı ilə təhsilini başa vurub.
Məktəbin direktoru Kəmalə Məmmədova məzunları bu münasibətlə təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzu edib. O, məzunların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklərinə və yüksək nəticələr göstərəcəklərinə inamını ifadə edib.Həmçinin, direktor, bu uğurun əldə olunmasında əməyi keçən bütün müəllimlərə və valideynlərə təşəkkürünü bildirib.