İnsan hüquqları

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq "İnsan hüquqları aylığı" çərçivəsində 11b sinfində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə tədbir keçirilib. Öncə şagirdlərlə mövzu üzrə frontal sorğu aparılıb. Ardınca UBTR A.Əzimova insan hüquqları haqqında məlumat verərək bildirib ki, insan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Daha sonra şagirdlərə insan hüquqlarına həsr olunmuş videolar nümayiş etdirilib.