Xoşbəxt olsun uşaqlar

30.05.2025-ci il tarixdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirilib. Tədbirin açılışından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcının təqdimatında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, ölkə başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.
Daha sonra tədbirin bədii hissəsində şagirdlərin hazırladıqları rəngarəng rəqslər və ifalar balaca fidanların sevincinə səbəb olub. Sonda məktəbin direktoru Kəmalə Məmmədova bayram münasibətilə bütün uşaqları təbrik edib, onlarla xatirə şəkli çəkdirib.