İlk dərs “Konstitusiya və Suverenlik İli”

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tapşırığına uyğun olaraq, yeni tədris ilinin ilk dərsi bütün ümumi təhsil müəssisələrində “Konstitusiya və Suverenlik ili”mövzusuna həsr olunub.

96 nömrəli tam orta məktəbdə də 2025–2026-cı tədris ilinin ilk dərsi “Konstitusiya və Suverenlik İli” mövzusu ətrafında keçirilib. Dərslərin əsas məqsədi şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi olub.

Müəllimlər dərs zamanı Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali qanunu – Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbulunda oynadığı tarixi rolu vurğulayıblar. Konstitusiyanın əsas bölmələri, vətəndaşların hüquq və vəzifələri, dövlət hakimiyyətinin bölünməsi prinsipi şagirdlərə onların yaş səviyyəsinə uyğun izah edilib.

Dərsdə həmçinin Azərbaycanın suverenlik uğrunda apardığı mübarizə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları nəticəsində əldə edilən tarixi qələbələrdən bəhs olunub. Xüsusilə ölkəmizin tam suverenliyinin 2023-cü il 20 sentyabr tarixində bərpa olunması və dövlət bayrağımızın bütün suveren ərazilərimizdə dalğalanmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Şəhidlərin və qazilərin fədakarlığı, dövlətimizin müstəqilliyinin onların qanı və canı bahasına təmin olunması məktəblilərə müqəddəs bir dəyər kimi aşılanıb. Şagirdlərin fəal iştirakı ilə aparılan müzakirələrdə “Əgər konstitusiya və suverenliyimiz olmasa, gündəlik həyatımız necə dəyişərdi?” sualı üzərində də düşünülərək maraqlı fikirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi