“15 sentyabr – Bilik Günü” qeyd olunub

15 sentyabr – yeni dərs ilinin başlanğıcı və bütün ölkə üzrə sevinclə qarşılanan “Bilik Günü” 96 nömrəli tam orta məktəbdə də bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Məktəbin həyətində təşkil olunmuş tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Dövlət himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək bütün müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birincilərin sevinc və həyəcanı tədbirə xüsusi rəng qatıb. Onlar üçün hazırlanan ədəbi-bədii kompozisiya və şagirdlərin ifasında səslənən şeirlər, mahnılar alqışlarla qarşılanıb.
Çıxış edənlər vurğuladılar ki, təhsil hər bir xalqın gələcəyinin təminatıdır və bu müqəddəs yolda müəllim və şagirdlərin üzərinə böyük məsuliyyət düşür.
Sonda şagirdlər sinif otaqlarına dəvət olunublar və yeni dərs ilinin ilk zəngi çalınıb.