“Naxçıvan 100 il” adlı debat

12.12.2024-cü il tarixdə məktəbimizin VI “A” sinfində təşkilatçı Nigar Süleymanova və tarix müəllimi Nəzakət Əzizzadənin təşəbbüsü ilə “Naxçıvan 100 il” adlı debat keçirilib. Tədbir Naxçıvanın 100 illik tarixi ilə bağlı şagirdləri məlumatlandırmaq, vətənimizin bu qədim ənənələr və dəyərlər məskəni olan ayrılmaz parçası haqqında onların baxış bucağını genişləndirmək məqsədi daşıyıb. Təşkilatçılar şagirdlərə Naxçıvanın zəngin tarixi, mədəniyyəti və onun Azərbaycan üçün əhəmiyyəti haqqında geniş məlumat veriblər. Tədbir müzakirə formatında təşkil olunub və şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşmək üçün fəal şəkildə debatda iştirak ediblər.

Bu cür tədbirlər şagirdlərdə tarixi bilikləri artırmaqla yanaşı, onlarda milli şüurun inkişafına da töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi