“Kvadrat” mövzusunda riyaziyyat dərsi
13.12.2024-cü il tarixdə məktəbimizin 8”D” sinfində maraqlı bir riyaziyyat dərsi dinlənilib. Müəllim Vüsalə Hacızadənin təqdimatında olan bu dərs “Kavadrat” mövzusuna həsr olunub. Dərsin məqsədi kvadratın xassələrini və bu xassələrin məsələ həllində tətbiqini şagirdlərə öyrətmək olub. Dərs interaktiv şəkildə müasir iş üsulları və iş formalarını tətbiq etməklə qurulub. Məktəbin rəhbərliyi və riyaziyyat müəllimləri tərəfindən dinlənilən bu dərs məqsədinə çatmış dərs hesab edilib.