10 “T” sinfində maraqlı riyaziyyat dərsi

10.12.2024-cü il tarixdə 10 “T” sinfində müəllim Nəsibə Məmmədovanın təqdimatında maraqlı riyaziyyat dərsi dinlənilib. Dərsin mövzusu “Toplama düsturlarından alınan nəticələr” olub.

Dərs prosesində şagirdlərə bu düsturlar vasitəsilə digər riyazi ifadələr və problemləri asanlıqla həll etmək yolları öyrədilib. Şagirdlər dərs prosesində düsturların tətbiqinin trigonometrik bərabərliklər qurmaqda , həndəsi məsələlərdə hesablamalar aparmaqda və riyazi funksiyaların sadələşdirilməsindəki roluna dair müxtəlif tapşırıq nümunələri ilə tanış olublar. Dərsdə bu düsturların tətbiqi izah edilib, müxtəlif məsələlərin həlli ilə bağlı nümunələr üzərində iş aparılıb və mövzu üzrə test sualları işlənilib. Dərs məktəb rəhbərliyi və ixtisas müəllimləri tərəfindən dinlənilib və təlim məqsədinə çatmış dərs kimi qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi