“Təhlükəsizlik günü”
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də məktəblərdə təhlükəsiz mühütün yaradılmasıdır. Məhz bu məqsədlə 04.11.2024-cü il tarixdə məktəbimizdə “Təhlükəsizlik günü” elan edilib. İlk növbədə yuxarı siniflərdə çantaların və ciblərin yoxlanışı ilə bağlı reyd təşkil edilib. Məqsəd şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri üçün nəzarətin gücləndirilməsi olub. Daha sonra tənəffüslərdə məktəb dəhlizlərində və pilləkənlərdə hərəkətin düzgün nizamlanıb-nizamlanmamasını müəyyənləşdirmək üçün rəhbərlik tərəfindən müşahidələr aparılıb. Günün son tədbiri kimi ibtidai siniflərdə şagirdlərlə “Təhlükəsiz mühütü necə yaradaq?”mövzusunda maarifləndirici seminar təşkil edilib.