Şagird Şurasının ilk iclası
31.10.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın icrası istiqamətində BMŞ-yə kömək məqsədi ilə IX,X,XI sinif şagirdlərindən təşkil edilmiş Şagird Şurasının ilk iclası keçirilib. Gündəlikdə dayanan əsas məsələ Şagird Şurasının üzvləri arasından mentorlar və nəzarətçiləri təyin etmək və onları bu istiqamətdə fəaliyyətə hazırlamaq məqsədi ilə müvafiq təlimlərə cəlb etmək olub. Qeyd edək ki, mentorların işi şagird kontingenti arasında “Bullinq və onun növləri. Bullinqin yaratdığı fəsadlar” mövzusunda maarifləndirmə aparmaq, nəzarətçilərin işi isə bullinqin meydana gələ biləcəyi qaynar nöqtələrə tənəffüs vaxtları nəzarət etmək olacaq. Şagirdlərə təlimlər BMR-lər tərəfindən keçiriləcək.