Pedaqoji Şuranın növbəti və yekun iclası keçirildi

Məktəbimizdə Pedaqoji Şuranın növbəti və yekun iclası keçirildi. Yekun Pedaqoji Şuranın əsas məqsədi başa çatan tədris ilində görülmüş işləri qiymətləndirmək, təhsil prosesinin nəticələrini təhlil etmək və növbəti tədris ili üçün qarşıya qoyulacaq məqsəd və vəzifələri müəyyənləşdirmək idi. Məktəbin direktoru Azər Həsənov iclası giriş sözü ilə açaraq tədris ili ərzində əldə olunan uğurlardan, kollektivin əməkdaşlıq ruhunda fəaliyyətindən və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs etdi. Daha sonra gündəlikdə duran məsələlər üzrə aşağıdakı istiqamətlərdə məruzələr təqdim olundu:  2024–2025-ci tədris ilinin nəticələrinin təhlili,  valideynlərlə iş və məktəb-ailə əməkdaşlığı,   növbəti tədris ili üçün hədəflər. İclasın sonunda tədris ilinin nəticələri, şagirdlərin sinifdən sinifə keçirilməsi, yay tədris tapşırıqlarının verilməsi, IX və XI sinif şagirdlərinə ümumi və tam orta təhsil səviyyələri üzrə attestatların verilməsi, qarşıya qoyulan hədəflər barəsində qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi