Təbiəti qoruyaq

Müasir dövrdə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması hər bir vətəndaşın, xüsusən də gənc nəslin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə məktəbimizdə "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində müxtəlif maarifləndirici və praktik tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də “Təbiəti qoruyaq” adlı ekoloji aksiyadır. Tədbirdə məktəbimizin 6-cı sinif şagirdləri fəal iştirak etdilər. Onlar öz əlləri ilə hazırladıqları quş yuvalarını məktəbin həyətindəki ağaclara asaraq, quşların qorunmasına və onların rahat məskunlaşmasına töhfə verdilər. Bu, uşaqlarda heyvanlara və təbiətə qarşı qayğı hissinin aşılanması baxımından olduqca önəmli bir addım oldu. Bundan əlavə, şagirdlər məktəbyanı sahədəki ağac və kollara qulluq etdilər, quru budaqları təmizlədilər və ətrafı tullantılardan azad etdilər. Tədbir zamanı müəllimlər şagirdlərlə birlikdə təbiətin qorunmasının əhəmiyyəti, tullantıların düzgün idarə olunması və ekoloji vərdişlərin formalaşdırılması mövzusunda maarifləndirici söhbətlər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi