Son zəng tədbiri keçirildi

14 iyun 2025-ci il tarixində məktəbimizdə ənənəvi “Son zəng” tədbiri böyük təntənə ilə keçirildi. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin müəllim, məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəb direktoru məzunlara öz ürək sözlərini çatdıraraq onların gələcək həyat yollarında uğurlar arzuladı. Tədbirdə çıxış edən müəllimlər və valideynlər şagirdlərin keçdiyi illərdən, qazandıqları nailiyyətlərdən və qarşıda duran məsuliyyətlərdən söz açdılar.