Böyük summativ qiymətləndirmə keçirilir

Hazırda məktəbimizdə böyük summativ qiymətləndirmə həftəsi davam edir. BŞTİ-nin ümumi təhsil müəssisələrinə ünvanladığı təlimata əsasən 02.06.2025-04.06.2025 - ci il tarixində artıq 11-ci siniflərdə məktəbdaxili qiymətləndirmə yekunlaşmış,digər siniflərdə isə davam edir. Məlum olduğu kimi böyük summativ qiymətləndirmə şagirdlərin tədris ili ərzində qazandıqları bilik və bacarıqların yekun qiymətləndirilməsidir. Dərs ilinin sonunda onların təlim nəticələrinə hansı səviyyədə nail olduğunu və inkişaf səviyyəsini ölçmək üçün əsas vasitədir.