Kiçik Akademiya

“Kiçik Akademiya” nın fəaliyyətinin yekunlarıMəktəbimizdə  2015-ci il  tarixdən  fəaliyyət  göstərən “Kiçik  Akademiya”nın  cari  tədris  ilində  gördüyü  işlər  yekunlaşdırılmış  və növbəti  tədris  ili üçün  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilmişdir. Akademiya  daxilində  fəaliyyət  göstərən  təbiət,  humanitar,  fizika-riyaziyyat  bölmələrinin  üzvü  olan  şagirdlərin  tədqiqat  işləri haqqında  hesabat   təqdim olunmuşdur.  Cari ildə  tədris  prosesi əsasən  distant  təşkil olunduğu üçün  Akademiyanın  üzvləri  öz  işlərini  onlayn  təqdim etmişlər. Vətən  müharibəsi - Qarabağın  azad  olunması, Nizami  Gəncəvinin  880 illik yubileyi  ilə əlaqədar  “Nizami Gəncəvi irsi ", “Kvadrat  tənliklərin inkişaf  tarixi” mövzusunda  onlayn  təqdimatlar  dinlənilmişdir. “Kiçik  Akademiya”nın  aylıq  orqanı  olan  “İntellekt” divar  qəzetinin  budəfəki  buraxılışı  görkəmli  alim  Lutfi  Zadənin  100 illik  yubileyinə  və  “Nizami  Gəncəvi ili” nə  həsr  olunmuşdur. Növbəti  tədris  ilində “Kiçik  Akademiya”nın fəaliyyətini  canlandırmaq  üçün  daha  istedadlı  və bacarıqlı  şagirdlərin  üzv  seçilməsi  nəzərdə  tutulmuş, həmin şagirdlərin  bölmələr üzrə  fəaliyyət  istiqamətləri  bölmə  rəhbərləri  tərəfindən  artıq  müəyyən  edilmişdir. İnanırıq  ki, növbəti  dərs ilində  “Kiçik  Akademiya” mız ciddi  nailiyyətlər əldə  edəcək.

Ətraflı

"Kiçik Akademiya" haqqında ƏSASNAMƏI. Ümumi müddəalar 1.1 «Kiçik Akademiya» (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. 1.2 KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.3 KA çərçivəsində istedadlı uşaq və gənclərlə iş üzrə nəzərdə tutulan tədbirlər, o cümlədən fənn olimpiadaları, müsabiqələr, toplantılar, elmi-təcrübi konfrans və seminarlar keçirilir. 1.4 KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5 KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6 KA-nın öz simvolu və üzərində bu simvolun əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1 KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2 KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın strukturu və fəaliyyət istiqamətləri 3.1 KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 3.2 Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 3.3 MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 3.4 MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 3.5 MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 3.6 MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq tədbirlər görülür. 3.7 MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 3.8 Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 3.9 R(ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 3.10 R(ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 3.11 R(ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 3.12.1 Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 3.12.2 Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 3.12.3 Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 3.12.4 Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 3.12.5 İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 3.13 R(ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 3.14 RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 3.15 RKA-nın funksiyalarında daxildir: 3.15.1 Yaradıcılığa, elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 3.15.2 R(ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 3.15.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, «Dəyirmi masa»lar, görüşlər təşkil etmək. 3.15.4 Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 3.15.5 İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 3.15.6 İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. IV. KA-nın təsis olunması 4.1 KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 4.2 Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 4.3 Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir V. KA-nın idarəetmə orqanları 5.1 KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 5.2 Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 5.3 KA-nın Şurası: 5.3.1 KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 5.3.2 KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 5.3.3 Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 5.3.4 Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 5.3.5 KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 5.4 Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı

“Kiçik Akademiya” nın seminarı27 dekabr 2015-ci il tarixdə məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın növbəti seminarı keçirildi.Qeyd edək ki, seminar şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılması məqsədi daşıyırdı.Seminarda “Kiçik Akademiya” ya rəhbərlik edən şəxslər və tədqiqat işləri aparan şagirdlər çıxış etdilər.Kiçik tədqiqatçılara onların potensial imkanlarının daha da inkişaf etdirilməsi istiqamətində lazımi tövsiyələr verildi.

Ətraflı

Kiçik Akademiya08.02.2019-cu il tarixdə məktəbimizdə fəaliyyət  göstərən  “Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin biologiya müəllimi Rövşanə  Həsənəliyeva açdı və iştirakçılara yaradıcılıq işlərində uğurlar arzuladı. Tədbirdə məktəbin direktoru  Azər Həsənov, təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət  Osmanova, “Kiçik Akademiya”nın prezidenti, tarix müəllimi Ayməddin Qasımov və fizika müəllimi Aysel  Abbasova çıxış etdilər. “Kiçik Akademiya”nın müvafiq bölmələri üzrə 7 nəfər şagird öz tədqiqat işlərini, məruzə və referatlarını təqdim etdi. Dinlənilən məruzələr ətrafında müzakirələr aparıldı. Çıxış edən şagirdlərin elmi rəhbərləri tədqiqat işlərinin təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini verdilər. Davamlı olaraq tədqiqat işlərinin müzakirəsinin “Kiçik Akademiya”nın növbəti toplantısında keçirilməsi qərara alındı.

Ətraflı
HAQQIMIZDA

Məktəb binası 1969 - cu ildə tikilib, 2011 - ci ildə isə əsaslı təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbdə olub və təmir işləri ilə maraqlanıblar. Ştatda olan...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Yaqubzadə Eldəniz

Bəhmən Həzili Şahin

HAQQIMIZDA

Məktəb binası 1969 - cu ildə tikilib, 2011 - ci ildə isə əsaslı təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbdə olub və təmir işləri ilə maraqlanıblar. Ştatda olan...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Yaqubzadə Eldəniz

Bəhmən Həzili Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi