Kiçik Akademiya

08.02.2019-cu il tarixdə məktəbimizdə fəaliyyət  göstərən  “Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin biologiya müəllimi Rövşanə  Həsənəliyeva açdı və iştirakçılara yaradıcılıq işlərində uğurlar arzuladı. Tədbirdə məktəbin direktoru  Azər Həsənov, təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət  Osmanova, “Kiçik Akademiya”nın prezidenti, tarix müəllimi Ayməddin Qasımov və fizika müəllimi Aysel  Abbasova çıxış etdilər. “Kiçik Akademiya”nın müvafiq bölmələri üzrə 7 nəfər şagird öz tədqiqat işlərini, məruzə və referatlarını təqdim etdi. Dinlənilən məruzələr ətrafında müzakirələr aparıldı. Çıxış edən şagirdlərin elmi rəhbərləri tədqiqat işlərinin təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini verdilər. Davamlı olaraq tədqiqat işlərinin müzakirəsinin “Kiçik Akademiya”nın növbəti toplantısında keçirilməsi qərara alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi