Kiçik Akademiya

Məktəbimizdə elm və təhsilin inkişafına dəstək məqsədilə təşkil edilən “Kiçik Akademiyanın” növbəti tədbiri fizika fənninə həsr olunmuşdur. Tədbirin əsas məqsədi şagirdlərdə fizika elminə marağın artırılması və onların tədqiqatçılıq bacarıqların inkişaf etdirilməsidir. Təqdim olunan “Nyutonun qanunları əsasında işləyən cisimlər” layihəsi maraqla qarşılandı. Bu qanunların dünyanı dərk etməyimizə imkan verən əsas qanunlardan olduğu qeyd olundu. Eyni zamanda fizikanın həyatımızdakı əhəmiyyəti vurğulandı. Fizika müəllimi Abbasova Aysel bildirdi ki, bu cür tədbirlər şagirdlərin elmi biliklərini artırmaqla yanaşı, onların ictimai bacarıqlarını da inkişaf etdirir. “ Kiçik Akademiya”nın növbəti tədbirlərdə digər fənlər üzrə də maraqlı layihələri təqdim olunacağı nəzərə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi