“Kiçik Akademiya” nın seminarı
27 dekabr 2015-ci il tarixdə məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın növbəti seminarı keçirildi.Qeyd edək ki, seminar şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılması məqsədi daşıyırdı.Seminarda “Kiçik Akademiya” ya rəhbərlik edən şəxslər və tədqiqat işləri aparan şagirdlər çıxış etdilər.Kiçik tədqiqatçılara onların potensial imkanlarının daha da inkişaf etdirilməsi istiqamətində lazımi tövsiyələr verildi.