“Kiçik Akademiya” nın fəaliyyətinin yekunları

Məktəbimizdə  2015-ci il  tarixdən  fəaliyyət  göstərən “Kiçik  Akademiya”nın  cari  tədris  ilində  gördüyü  işlər  yekunlaşdırılmış  və növbəti  tədris  ili üçün  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilmişdir. Akademiya  daxilində  fəaliyyət  göstərən  təbiət,  humanitar,  fizika-riyaziyyat  bölmələrinin  üzvü  olan  şagirdlərin  tədqiqat  işləri haqqında  hesabat   təqdim olunmuşdur.  Cari ildə  tədris  prosesi əsasən  distant  təşkil olunduğu üçün  Akademiyanın  üzvləri  öz  işlərini  onlayn  təqdim etmişlər. Vətən  müharibəsi - Qarabağın  azad  olunması, Nizami  Gəncəvinin  880 illik yubileyi  ilə əlaqədar  “Nizami Gəncəvi irsi ", “Kvadrat  tənliklərin inkişaf  tarixi” mövzusunda  onlayn  təqdimatlar  dinlənilmişdir. “Kiçik  Akademiya”nın  aylıq  orqanı  olan  “İntellekt” divar  qəzetinin  budəfəki  buraxılışı  görkəmli  alim  Lutfi  Zadənin  100 illik  yubileyinə  və  “Nizami  Gəncəvi ili” nə  həsr  olunmuşdur. Növbəti  tədris  ilində “Kiçik  Akademiya”nın fəaliyyətini  canlandırmaq  üçün  daha  istedadlı  və bacarıqlı  şagirdlərin  üzv  seçilməsi  nəzərdə  tutulmuş, həmin şagirdlərin  bölmələr üzrə  fəaliyyət  istiqamətləri  bölmə  rəhbərləri  tərəfindən  artıq  müəyyən  edilmişdir. İnanırıq  ki, növbəti  dərs ilində  “Kiçik  Akademiya” mız ciddi  nailiyyətlər əldə  edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi