Nailiyyətlərimiz

İnşa müsabiqəsinin qalibiyik2018-ci ilin mart ayında “AZƏRPOÇT” MMC tərəfindən Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə inşa müsabiqəsi keçirilmişdir. İnşa yazı müsabiqəsində məktəbimizi təmsil edən X sinif şagirdi Ağayeva Nərmin Arif qızı II yeri əldə edərək, Fəxri fərman və hədiyyə ilə mükafatlandırılmışdır.

Xocalı faciəsini necə yad edirikXəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən Xocalı soyqırımının XXVI ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbimizin VIIIa sinif şagirdi Cabbarova Zeynəb də iştirak etmişdir. Cabbarova Zeynəb Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərinə görə Xəzər rayon məktəbləri arasında III yeri tutaraq Diplomla mükafatlandırılmış və müsabiqənin şəhər turuna vəsiqə almışdır.

Komandamızın uğuru8 noyabr 2017-ci il tarixdə Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun ümumtəhsil məktəbləri arasında Xəmsə Milli İntellektual oyunu təşkil olunmuşdur. Məktəbimizin komandası da bu yarışmada iştirak etmişdir. Yüksək intellektə malik olan məktəblilərimiz bilik və bacarıqlarını nümayiş etdirərək yeni bir uğura da imza atmışlar. Gərgin və maraqlı oyunun sonunda II yerə layiq görülən komandamız Diplomla təltif edilmişdir.

HAQQIMIZDA

Məktəb binası 1969 - cu ildə tikilib, 2011 - ci ildə isə əsaslı təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbdə olub və təmir işləri ilə maraqlanıblar. Ştatda olan...

BİZİM FƏXRLƏRİMİZ

Vasif Həsənov Azər

Bəhmən Həzili Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi