Buraxılış imtahan nəticələri açıqlanıb

Məktəbimizdə təhsil alan 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunmuşdur. Qürur hissi ilə bildiririk ki, bir çox şagirdimiz yüksək nəticələr göstərərək həm özlərini, həm müəllimlərini, həm də valideynlərini sevindirmişlər. Bu uğurla bağlı məktəb rəhbərliyi adından yüksək nəticə göstərən şagirdlərimizi, onların üzərində əməyi olan müəllimləri və valideynlərini səmimi-qəlbdən təbrik edirik! Yüksək nəticə göstərmiş şagirdlər:

1. Abdunova Fatimə - 284

2. Məmmədova Zeynəb - 267

3. Mehdizadə Fatimə - 261

4. Cəfərova Bətulə - 248

5. Mirzəyeva Gözəl - 237

6. Cəmilli Zeynəb - 235

7. Xanışlı Aytac - 235

8. Haşımova İlknur - 226

9. Səmədli Aytac - 222

10. Həzili Atlaz - 219

11. Allahverdizadə İlkin - 215

12. Mürsəlli Murad - 206

13. Əliyev Yaqub - 204

14. Nuriyeva Fəridə - 202

15. Məmmədzadə Fatimə - 200

Bu nəticələr təkcə bir imtahanın uğuru deyil, həm də illərlə çəkilən zəhmətin, məsuliyyətli yanaşmanın və davamlı əzmkarlığın bariz göstəricisidir. Əziz şagirdlər, siz bu nəticələrlə sübut etdiniz ki, məqsədə doğru inamla irəliləyən insan uğura çatmağa qadirdir. Qarşıda sizləri daha böyük hədəflər və imkanlar gözləyir. Arzularınıza doğru atacağınız hər bir addımda sizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi