Türk xalqlarının tarixi
"Tarix bir millətin kimliyidir, onun varlığının sübutudur. Bu dəyərləri şagirdlərə aşılamaq məqsədilə məktəbimizdə “Türk Xalqlarının Tarixi” mövzusunda geniş maarifləndirici tədbir təşkil olundu. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbirin əsas məqsədi türk xalqlarının zəngin tarixi irsini, onların dövlətçilik ənənələrini və mədəniyyətini məktəblilərə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək idi. Tədbirin ən yaddaqalan hissəsi şagirdlər tərəfindən təqdim olunan səhnəcik oldu. Səhnəcikdə dahi türk sərkərdələri –tarixi şəxsiyyətlər obrazlandırıldı. Şagirdlər bu tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini canlandıraraq onların qəhrəmanlıqlarını, uzaqgörən siyasətlərini və türk birliyi uğrunda göstərdikləri xidmətləri səhnədə nümayiş etdirdilər. Səhnəcik iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.