Zərərli vərdişlərə yox deyək
Məktəbimizdə şagirdlərin sağlam həyat tərzinə təşviq edilməsi məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə müəllimlər, şagirdlər iştirak etdilər.Dəyirmi masa zamanı siqaret, alkoqol, narkotik maddələr kimi zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər müzakirə olundu. Şagirdlər bu mövzuda çıxışlar etdilər, sual-cavab və fikir mübadiləsi şəklində tədbir davam etdi. Biologiya müəllimi zərərli vərdişlərdən uzaq durmağın yolları və onların yaratdığı psixoloji təsirlər haqqında məlumat verdi. Tədbirin sonunda iştirakçılar sağlam həyat tərzini təşviq edən plakatlar hazırladılar və “Zərərli vərdişlərə yox deyirik!” şüarı ilə tədbir yekunlaşdı.