Şagirdlər mükafatlandırıldı
Məktəbimizdə şagirdlərin təhsil nailiyyətlərinin, akademik göstəricilərinin və sosial fəallıqlarının dəyərləndirilməsi məqsədilə xüsusi təltifetmə mərasimi təşkil olunmuşdur. Bu mərasim çərçivəsində həm tədrisdəki müvəffəqiyyətləri, həm də məktəbdaxili ictimai və sosial fəallıqları ilə seçilən şagirdlər mükafatlandırılmışdır. Təlim nəticələrinə görə yüksək nailiyyət göstərən, dərsə davamiyyəti nümunəvi olan, həmçinin məktəbdaxili tədbirlərdə fəal iştirak edən şagirdlərə “Yaşıl Kart” təqdim olunmuşdur. Bu kart, şagirdlərin məsuliyyətli, intizamlı və akademik baxımdan uğurlu olduqlarını göstərən motivasiyaedici bir simvoldur. Bundan əlavə, müxtəlif məktəbdaxili yarışmalarda – bilik müsabiqələrində qalib gələn şagirdlər diplomlarla təltif olunmuşdur. Bu diplomlar onların əzmkarlığının, istedadının və məktəbin ictimai həyatında fəallıqlarının bariz nümunəsidir. Tədbir sonda xatirə şəkilləri və şagirdlərin təbrikləri ilə yekunlaşmışdır.