Qərbi Azərbaycan əbədi Türk torpaqlarıdır

04.06.2025-ci il tarixində məktəbimizdə Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan əbədi Türk torpaqlarıdır” başlıqlı görüş keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Məktəbin direktoru Azər Həsənov tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Ardınca Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan torpaqları ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirildi. Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev çıxış edərək tədbirin məqsədi barədə iştirakçılara məlumat verdi. O, QAİ-nin İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin salamlarını çatdıraraq qeyd etdi ki, vətənpərvər övlad yalnız ailədə deyil, məktəbdə də yetişir. Bu günkü tədbirin əsas məqsədi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə olan inamından irəli gəlir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və gəncliyin qəhrəmanlığı sayəsində Azərbaycan qələbə qazandı. Məktəbin tarix müəllimi Qasımov Ayməddin çıxışında tarixi faktlara əsaslanaraq bildirdi ki, “Qərbi Türk Oğuz Yurdu - Ermənistan” adlı dərslik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən hazırlanmışdır və bu kitab şagirdlər üçün dəyərli bir mənbədir. O, həmçinin Əziz Ələkbərlinin çıxış və görüşlərini davamlı izlədiyini, Antalya görüşünün məqsəd və məramı haqqında şagirdlərə məlumat verdiyini, bu kimi mənbələrdən istifadə etməyin vacibliyini vurğuladı. Ayməddin müəllim Qərbi Azərbaycanla bağlı tarixi faktların bir qismini yazılı şəkildə Alı müəllimə təqdim etdi. Tədbirdə Qərbi Azərbaycan mövzusunda keçirilən müsabiqənin iştirakçıları – Xanışlı Aytac, Əliyev Yaqub və Əliyev Murad da iştirak etdilər.