Suveren dövlətin vətəndaşıyıq

2025-ci ilin ölkəmizdə "Suverenlik və Konstitusiya İli" elan olunması münasibətilə məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Bu qəbildən olan növbəti tədbir təşkil olundu. Tədbir dövlət atributlarına hörmətin ifadəsi olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış rəngarəng bədii proqram təqdim olundu. Şagirdlərin ifasında milli rəqslər, musiqi nümunələri səsləndirildi, vətənpərvərlik ruhunda çıxışlar və şeirlər dinlənildi. İştirakçılar tərəfindən Konstitusiyanın əhəmiyyəti və suveren dövlət anlayışının tarixi kökləri haqqında maraqlı təqdimatlar edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi