Erkən nigah və onun fəsadları

Reproduktiv sağlamlıq tədbirlər planına uyğun olaraq, 8a sinif şagirdləri arasında erkən nigah və onun fəsadları mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi şagirdlər arasında erkən nigahın nə dərəcədə ciddi problem olduğunu anlamaq, onun yaratdığı fəsadlardan xəbərdar olmaq və sağlam reproduktiv həyat barədə məlumatlandırmaq idi. Şagirdlər üçün hazırlanan video təqdimat və slaydlar mövzunu daha əyani və anlaşılır etdi. Tədbir iştirakçıları erkən nigahın fəsadlarının qarşısının alınmasında təhsilin və maarifləndirmənin rolunu vurğuladılar.